Modern.az

“TEKNOFEST” gənclərin yeniliklərə marağını artıracaq

“TEKNOFEST” gənclərin yeniliklərə marağını artıracaq

Aktual

26 May 2022, 12:30

“TEKNOFEST” gənclərin festivalıdır. Azərbaycan öz gəncləri ilə qürur duyur.

 

Modern.az xəbər verir ki, bunu ilk dəfə Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalının açılışında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

 

Nazir bildirib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, uzaqgörən siyasəti ilə gəncliyimiz 44 günlük Vətən müharibəsində öz sözünü dedi:

 

“Torpaqlarımızın işğaldan azad olunmasında da yeni gənc, dövlətçilik, vətənpərvərlik ruhunda böyüyən nəsil mühüm rol oynadı".

 

R.Nəbiyev vurğulayıb ki, festival çərçivəsində gənclərin hazırladığı müxtəlif startaplar, layihələrlə tanış olmaq mümkündür. “TEKNOFEST” gənclərin texnoloji yeniliklərə marağını daha da artıracaq.

 

“Gələcəkdə texnologiya, innovasiya sahəsində də zəfər qazanacağımıza, beynəlxalq aləmdə mühüm yer tutacağımıza inanıram”, - deyə nazir qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı