Modern.az

Türkiyə ordusu İraqda 14 terrorçu zərərsizləşdirdi

Türkiyə ordusu İraqda 14 terrorçu zərərsizləşdirdi

Aktual

26 May 2022, 11:58

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında davam etdirdiyi "Pəncə Kilid" antiterror əməliyyatında daha 14 terrorçu zərərsizləşdirilib.

 

Modern.az-ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

 

Qeyd olunur ki, PKK mənsublarının mövqeləri müəyyən edilərək aviazərbə endirilib.

 

Bundan əlavə, əməliyyat bölgəsində bir türk hərbçinin də həlak olduğu barədə məlumat verilib.

 

"Pəncə Kilid" antiterror əməliyyatı davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı