Modern.az

YAP Kəlbəcər rayon təşkilatının yeni ərazi partiya təşkilatları təsis edilib

YAP Kəlbəcər rayon təşkilatının yeni ərazi partiya təşkilatları təsis edilib

Aktual

26 May 2022, 12:18

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatları təsis edilib.

 

Modern.az xəbər verir ki, bu münasibətlə keçirilmiş təsis iclaslarında çıxış edən YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov qeyd etdi ki, Yeni Azərbaycan Partiyası siyasi sistemin monolit gücü və avanqard siyasi institutudur.Bu il 30 illik yubileyini qeyd edəcək YAP ötən dövr ərzində Azərbaycanın əldə etdiyi davamlı uğurların, nailiyyətlərin siyasi istinadgahı olub.

 

Bütün bunlarla yanaşı, YAP-ı həm də islahatlar partiyası da adlandırmaq olar. Partiyada davamlı şəkildə islahatlar aparılıb. Milyonların partiyasına çevrilən Yeni Azərbaycan Partiyası populizmdən uzaqlığın, sözlə əməl birliyinin, tutduğu yola sadiqliyin  nəticəsi olaraq nəinki ölkədə, eyni zamanda, regionda aparıcı siyasi qüvvə kimi tanınır və nüfuz qazanır.Azərbaycan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə özünün qələbələr salnaməsinə daha bir möhtəşəm səhifə əlavə edərək tarixi Zəfər qazandı.
Bu zəfər qətiyyətli sərkərdənin “dəmir yumruğ”u, qüdrətli ordunun şücaəti, xalqın liderinə sarsılmaz inamı sayəsində reallaşdı.

 

Çıxış edənlərdən,  Kəlbəcər rayon 11 saylı tam orta məktəbin direktoru Əlizamin Qarayev, Kəlbəcər rayon 3 saylı tam orta məktəbin direktoru Bəylər Bəylərov, Kəlbəcər rayon 69 saylı tam orta məktəbin direktoru Bilal Qaraşov,   Kəlbəcər rayon 5 saylı tam orta məktəbin direktoru Nizami Əkbərov və digərləri bildiriblər ki,
Xalqın taleyində müstəsna rol oynayan, Azərbaycanı xaos və anarxiyadan, vətəndaş müharibəsindən, iqtisadi tənəzzüldən, bir sözlə, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib davamlı sabitlik, tərəqqi və iqtisadi yüksəliş yoluna çıxaran bir siyasi qüvvənin - Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümü ərəfəsindəyik. Çünki Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq siyasi həyata vəsiqə almış Yeni Azərbaycan Partiyası ötən müddət ərzində milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin təminatçısı qismində çıxış etmişdir.Bu baxımdan, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etməsini, tarixi ədalət və ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasını xüsusi vurğulamaq gərəkdir.

 

Çıxışlardan sonra cari məsələlərə baxılıb.

 

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının Gəncə şəhəri Yeni qəsəbədə fəaliyyət göstərən  “Kəlbəcər rayon 11 saylı tam orta məktəb”, Gənçə şəhərində fəaliyyət göstərən 3 saylı tam orta məktəb, Gəncə şəhəri, Gülüstan qəsəbəsində fəaliyyət göstərən Kəlbəcər rayon 69 saylı tam orta məktəb,  Gəncə şəhəri, Gülüstan qəsəbəsində fəaliyyət göstərən Kəlbəcər rayon 5 saylı tam orta məktəb ünvanları üzrə partiya fəallarının müraciətləri əsasında yeni ərazi partiya təşkilatları təsis edilib.

 

Əlizamin Qarayev “Kəlbəcər rayon 11 saylı tam orta məktəb” Bəylər Bəylərov “Kəlbəcər rayon 3 saylı tam orta məktəb”, Bilal Qaraşov “Kəlbəcər rayon 69 saylı tam orta məktəb”, Nizami Əkbərov “Kəlbəcər rayon 5 saylı tam orta məktəb” ərazi partiya təşkilatlarına sədr seçiliblər.

 

Ərazi partiya təşkilatının yeni seçilmiş sədirləri göstərilmiş etimada görə təşəkkürlərini bildiriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı