Modern.az

Bağçadakı görüntülərə görə tərbiyəçilər DİNDİRİLDİ 

Bağçadakı görüntülərə görə tərbiyəçilər DİNDİRİLDİ 

Aktual

26 May 2022, 14:06

Şabran şəhər 1 saylı uşaq bağçasında körpələrə verilən qidaların keyfiyyətsiz olmasını əks etdirən görüntülər Təhsil Nazirliyi tərəfindən araşdırılır. 

 

Bunu Modern.az-a açıqlamasında barəsində ittihamlar səsləndirilən bağçanın müdiri Lalə Qədəşova bildirib.

 

Onun sözlərinə görə, Xaçmaz Regional Təhsil idarəsinin əməkdaşları bağçaya gəliblər:

 

"Hazırda tərbiyəçilər dindirilir və onlardan izahatlar alınır. Mən kənardayam. Araşdırmaların nəticələrini gözləyirik. Bütün ittihamlar qarşısında susdum və bunu yalnız ailəmə bildirdim, hələ vaxtım olmayıb, fikrim var ki, bununla bağlı polisə də şikayət edim".

 

Qeyd edək ki, Lalə Qədəşova ötən gün saytımıza açıqlamasında bağçada lentə alınan görüntülərin tərbiyəçilər tərəfindən qəsdən gündəmə gətirildiyini söyləmişdi.

 

Elmar Hüseynov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı