Ermənistanın xarici işlər naziri ilə birlikdə son telefon danışığımız 25 aprel tarixində olub. Əgər şərait yaranarsa, yenidən telefon danışığını istisna etmirəm.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.
"Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla telefon danışığı əldə olunmuş razılıqların icrasını təmin etməklə bağlı idi. Bundan sonra iki ölkə arasında əlaqələrin normallaşması üçün atılan addımlar zamanı danışıqlar istisna edilmir. Amma hələ yeni telefon danışığının vaxtı dəqiqləşdirilməyib", - deyə XİN başçısı vurğulayıb.