Modern.az

Təyyarəçilərimiz "TEKNOFEST-Azərbaycan"da ilk uçuşlarını icra edib

Təyyarəçilərimiz

Aktual

26 May 2022, 17:57

Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus müxtəlif təyyarə və helikopterlər Bakıda keçirilən "TEKNOFEST-Azərbaycan" festivalında ilk uçuşlarını icra edib.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Hərbi pilotlarımızın MiQ-29 təyyarəsi ilə çətin pilotaj manevrlərlə nümunəvi uçuşu izləyənlər tərəfindən böyük maraqla qarşılanıb.

 

Qeyd edək ki, festival çərçivəsində Müdafiə Nazirliyi üçün ayrılan pavilyonda Hərbi Hava Qüvvələri ilə yanaşı, Quru Qoşunları, eləcə də mühəndis və rabitə hissə və bölmələrinin sərəncamında olan müasir hərbi-texniki və digər avadanlıqlar təqdim olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı