Modern.az

“Qarabağ”ın sabiq futbolçusu Ukraynada ağır yaralandı

“Qarabağ”ın sabiq futbolçusu Ukraynada ağır yaralandı

Aktual

27 May 2022, 00:33

"Qarabağ" klubunun keçmiş futbolçusu Aleksandr Voskoboynik Ukraynada ağır yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə rusiyalı teleşərhçi Aleksey Andronov bildirib.

 

Onun sözlərinə görə, ukraynalı veteran hücumçu "Donetsk" və "Luqansk Xalq respublikalarında" səfərbərlik zamanı Rusiya ordusuna cəlb olunub. Voskoboyniklə yanaşı, digər keçmiş futbolçu Vadim Sladki də döyüşə qatılıb.

 

Donetskdə gedən küçə döyüşlərində Sladki həlak olub, Voskoboynik isə ağır güllə yarası alıb. Onun Moskvaya aparıldığı deyilir.

 

Xatırladaq ki, Aleksandr Voskoboynik 2005-ci ildə "Qarabağ" komandasında çıxış edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...