Modern.az

Meymunçiçəyinin müəyyən edilməsi üçün test HAZIRLANIR

Meymunçiçəyinin müəyyən edilməsi üçün test HAZIRLANIR

Aktual

27 May 2022, 07:37

ABŞ-ın əczaçılıq şirkəti "Abbott Laboratories" meymunçiçəyi xəstəliyinin müəyyən edilməsi üçün tibbi testlər hazırlayır.

 

Modern.az xəbər verir ki, bu barədə şirkətə istinadən "Reuters" agentliyi məlumat yayıb.

 

Bildirilib ki, şirkət ictimai səhiyyə və elm sahələrindəki tərəfdaşlarına test dəstləri təqdim edəcək.

 

"Vəziyyət inkişaf etdikcə, əlavə test ehtiyaclarını ödəmək üçün tədbirlər görəcəyik", - şirkətdən verilən məlumatda qeyd olunub.

Sizə yeni x var
Keçid et
Zelenski tarix açıqladı - Müharibə dayandırılır? - Gündəm Masada