Modern.az

Boksçumuz İrəvanda erməniyə qalib gəldi

Boksçumuz İrəvanda erməniyə qalib gəldi

Aktual

27 May 2022, 14:56

Azərbaycan əsilli daha bir boksçu İrəvanda keçirilən Avropa çempionatında erməni rəqibinə qalib gəlib.

 

Modern.az-ın məlumatına görə, 48 kiloqram çəki dərəcəsində Gürcüstanı təmsil edən Sahil Allahverdov Bareqam Harutyunyanı 5:0 hesabı ilə məğlub edib.

 

Qeyd edək ki, daha əvvəl Ukrayna millisində çıxış edən azərbaycanlı boksçu Elmir Nəbiyev 54 kq çəki dərəcəsində ilk görüşündə Ermənistan təmsilçisi Canik Sahakyandan güclü olub - 3:2.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...