Modern.az

YAP-ın Kəlbəcər təşkilatında AXC-nin 104 illiyi qeyd edilib

YAP-ın Kəlbəcər təşkilatında AXC-nin 104 illiyi qeyd edilib

Aktual

27 May 2022, 14:36

Yeni Azərbaycan Partiyası Kəlbəcər Rayon Təşkilatı, Gəncə şəhərində, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Anar Əliyev adına Kəlbəcər rayon 2 saylı tam orta məktəbdə, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104-cü ildönümü münasibətilə tədbir keçirib və Anar Əliyev adına Kəlbəcər rayon 2 saylı tam orta məktəb üzrə yeni ərazi partiya təşkilatı təsis edilib.

 

Modern.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması türk-müsəlman dünyasında demokratik və çağdaş dəyərlərin, insan hüquq və azadlıqlarının, eləcə də dünyəvilik prinsiplərinin hakim olduğu cəmiyyət quruculuğunda böyük stimul oldub.İlk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağı ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırıb. Bununla da müstəqilliyə gedən yolun əsası qoyulub. Sovet İttifaqı mövcud olduğu bir vəziyyətdə belə cəsarətli addımın atılması Ulu Öndərin xalqına, dövlətinə nə qədər bağlı olduğunu, bu yolda nə qədər cəsarətli, dönməz olduğunu bir daha göstərdi.Cənab prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi də AXC-nin Azərbaycanın dövlətçilik tarixindəki yerinə və roluna verilən böyük önəmin ifadəsidir. Bu gün biz Respublika günümüzün  104-cü ildönümünü qalib və məğrur xalq kimi böyük qürur və fəxarətlə qeyd edirik.

 

Anar Əliyev adına Kəlbəcər rayon 2 saylı tam orta məktəbin direktoru Aqil Muxtarov və digər çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin şanlı tariximizdəki yeri və rolundan, dövlət və ordu quruculuğu,  təhsil və mədəniyyətin inkişafı sahəsində həyata keçirdiyi tədbirlərdən danışıblar və həmin dövrdə atılan addımların Azərbaycan xalqının milli özünüdərkinə mühüm töhfələr verdiyini qeyd ediblər. Bildiriblər ki,  yenidən müstəqilliyə qovuşduqdan sonra ölkəmiz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçib. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

Çıxışlardan sonra cari məsələlərə baxılıb.

 

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının Anar Əliyev adına Kəlbəcər rayon 2 saylı tam orta məktəb ünvanı üzrə partiya fəallarının müraciətləri əsasında yeni ərazi partiya təşkilatı təsis edilib.

 

Aqil Muxtarov, Anar Əliyev adına Kəlbəcər rayon 2 saylı tam orta məktəb ərazi partiya təşkilatına sədr seçilib.
Ərazi partiya təşkilatının yeni seçilmiş sədri göstərilmiş etimada görə təşəkkürünü bildirib.

 

Tədbirin sonunda Həbib Misirov, Anar Əliyev adına Kəlbəcər rayon 2 saylı tam orta məktəbin kollektivini “Şəhidlər Xatirə Bulağı”nın açılışında göstərdikləri misilsiz xidmətlərə görə Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının Fəxri Diplomu ilə təltif edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı