Modern.az

Hikmət Hacıyev Avropa səfirləri ilə görüşdü

Hikmət Hacıyev Avropa səfirləri ilə görüşdü

Aktual

27 May 2022, 20:36

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Bakıda akkreditə olunmuş Avropa İttifaqı (Aİ) nümayəndəliyi və Avropa İttifaqı səfirləri ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında paylaşım edib.

 

O bildirib ki, məhsuldar keçən görüşdə Brüssel sülh gündəliyinə dair fikir mübadiləsi aparılıb.

 

"Biz Brüssel sülh gündəliyinin davamı kimi Bakıda akkreditə olunmuş Aİ nümayəndəliyi və Aİ səfirləri ilə məhsuldar görüş keçirdik və fikir mübadiləsi apardıq",- deyə Prezidentin köməkçisi qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...