Modern.az

Qarabağ zəfəri Qafqazın tarixində mühüm yer tutur - AKAR

Qarabağ zəfəri Qafqazın tarixində mühüm yer tutur - AKAR

Aktual

27 May 2022, 22:15

Qarabağ zəfəri Qafqazın tarixində çox mühüm yer tutur.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin Milli müdafiə naziri Hulusi Akar Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun sədrliyi ilə nümayəndə heyətləri arasında keçirilən görüşdə deyib.

 

Akar qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında hərbi təlimlər davam edəcək.

 

Azərbaycan Silahlı Qüvvələrinin işğal altında olan torpaqları azad etdiyi “Bir Vətən əməliyyatı” ilə iki ölkə arasındakı dostluq və qardaşlığın daim möhkəmləndiyini ifadə edən nazir Akar “iki dövlət, bir millət” anlayışı ilə hərəkət etməyə davam etdiklərini bildirib.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı