Avstriya kansleri Karl Nehammer ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, bu barədə "Kleine Zeitung" nəşri məlumat yayıb.
Danışıqların əsas mövzusu Ukraynadakı müharibə olub.
“Rusiyanın “Qazprom”u istifadə etməsə, Avstriya Haydaxdakı qaz anbarını başqa şirkətlərin üzünə açacaq”, - deyə Avstriya kansleri bildirib.
CNN qeyd edib ki, kansler Putinlə əsirlərin dəyişdirilməsi məsələsini də müzakirə edib.
Akif İsmayılov