Modern.az

“TEKNOFEST”in bugünkü proqramında dəyişiklik oldu

“TEKNOFEST”in bugünkü proqramında dəyişiklik oldu

Aktual

28 May 2022, 09:42

28 may tarixi üzrə "TEKNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya Festivalının proqramında dəyişiklik edilib.

 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Modern.az-a verilən xəbərə görə, 28 May - Müstəqillik Günü ilə əlaqədar festival çərçivəsində möhtəşəm konsert proqramı keçiriləcək.

 

Konsert saat 21:00-da başlayacaq və saat 23:00-da başa çatacaq. Gün ərzində festival ərazisində hazırlıq işləri aparılacaq.

 

Bu gün üçün bilet əldə edən izləyicilər 20:30-da festivalın keçirildiyi əraziyə daxil ola biləcəklər.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı