Modern.az

Rusiyanın 30 min hərbçisi məhv edilib - RƏSMİ

Rusiyanın 30 min hərbçisi məhv edilib - RƏSMİ

Aktual

28 May 2022, 10:43

Rusiya ordusunun Ukraynada itirdiyi canlı qüvvə və texnikaların sayı açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Bildirilib ki, fevralın 24-dən bu günədək Rusiyanın 30 000 hərbçisi məhv edilib.

 

Bundan başqa, Rusiya qoşunlarının 1330 ədəd tankı, 3258 ədəd zirehli döyüş maşını, 628 ədəd artilleriya sistemi, 203 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 93 hava hücumundan müdafiə sistemi, 207 ədəd hərbi təyyarəsi, 174 ədəd helikopteri, 116 qanadlı raketi, 2 226 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi-kateri, 503 ədəd dronu və 48 ədəd xüsusi texnikası sıradan çıxarılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı