28 May Müstəqillik günü ərəfəsində Prezident İlham Əliyev tərəfindən 68-ci əfv sərəncamı imzalanıb.
Modern.az xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili - Ombusdman Səbinə Əliyeva deyib.
Ombudsman bildirib ki, sərəncam 213 nəfərə şamil olunub, 1 nəfər ömürlük məhkum cəzadan azad olunub:
"Burada məhkumların ailə vəziyyəti, səhhətləri və digər məsələr nəzərə alınıb. Mən də İnsan Hüquqları üzrə müvəkkil olaraq Prezident İlham Əliyevə 31 nəfərlə bağlı müraciət etmişdim. Müraciətlər müsbət olub, 31 nəfərə əfv sərəncamı şamil olunub".
S.Əliyeva Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya təşəkkür edib.