Modern.az

Şahzadə ilk dəfə boşanma şayiələrindən danışdı

Şahzadə ilk dəfə boşanma şayiələrindən danışdı

Aktual

28 May 2022, 16:18

Monako şahzadəsi II Albertin həyat yoldaşı şahzadə Şarlin bir neçə ay əri olmadan Cənubi Afrikada yaşadığı zaman ortaya çıxan boşanma şayiələrini ilk dəfə şərh edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, şahzadə Şarlin Albertdən boşanmaq niyyətində olduğu barədə məlumatları təkzib edib və mətbuatın onların evliliyi ilə bağlı bu cür şayiələr yaymağından təəssüfləndiyini bildirib.

 

2021-ci ilin sentyabrında Şahzadə Albert də oxşar bəyanatla çıxış edərək, onunla həyat yoldaşı arasında heç bir fikir ayrılığının olmadığını israrla bildirmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Zelenski tarix açıqladı - Müharibə dayandırılır? - Gündəm Masada