Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında iştirak ediblər.
Modern.az xəbər verir ki, Azərbaycan və Türkiyə prezidentləri çıxış ediblər.
Mərasimdən sonra Prezidentlər İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan, birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan, qardaş ölkələrimizin rəsmi nümayəndə heyətləri və festival iştirakçıları aviaşounu izləyiblər.