Modern.az

Vətən müharibəsi qazisi İsveçrədə qızıl medal qazanıb

Vətən müharibəsi qazisi İsveçrədə qızıl medal qazanıb

Aktual

28 May 2022, 20:02

Azərbaycan paraatleti Rasim Yaxin İsveçrənin Nottvil şəhərində keçirilən Qran-Pri turnirində qızıl medal qazanıb.

 

Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, nüvə itələmə növündə (F46) 11,71 metrlik nəticə göstərən idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

R.Yaxin 44 günlük Vətən müharibəsinin də iştirakçısı olub. Daxili Qoşunların Xüsusi təyinatlı qüvvələrinin tərkibində Murov, Cəbrayıl, Füzuli, Xocavənd və Şuşa uğrunda döyüşlərdə iştirak edib. Şuşa uğrunda gedən hərbi əməliyyatlarda yaralanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...