Modern.az

“Sülh körpüsü” bayrağımızın rənglərinə büründü

“Sülh körpüsü” bayrağımızın rənglərinə büründü

Aktual

28 May 2022, 20:57

Gürcüstanın paytaxtı Tbilisinin iki əsas simvolu - televizya qülləsi və “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

 

Modern.az xəbər verir ki, aksiya 28 May – Azərbaycanın Müstəqillik Gününə həsr olunub.

 

Axşam saatlarından etibarən 275 metrlik teleqüllə və Kür çayı üzərindəki şüşəli piyada körpüsü yaşıl, qırmızı və göy rənglərlə işıq saçmağa başlayıb.

 

Azərbaycan bayrağının rənglərinə boyanmış teleqüllə və “Sülh körpüsü” Tbilisinin axşam mənzərəsinə xüsusi gözəllik qatıb. Mənzərəni mərkəzi Rike parkdan Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları da izləyib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı