Modern.az

“Real” Çempionlar Liqasının qalibi oldu

“Real” Çempionlar Liqasının qalibi oldu

Aktual

29 May 2022, 01:35

Futbol üzrə UEFA Çempionlar Liqasının final oyunu keçirilib. 

 

Modern.az xəbər verir ki, həlledici görüşdə İngiltərənin “Liverpul” və İspaniyanın “Real Madrid” komandaları üz-üzə gəliblər.

 

Fransanın paytaxtı Parisdəki “Stad de Frans” stadionunda təşkil olunan final matçı “Real Madrid” klubunun 1:0 hesablı qələbəsilə başa çatıb. Bununla da "Kral klubu" növbəti dəfə Çempionlar Liqasının qalibi olub.

 

Beləliklə, tarixində 14 dəfə Çempionlar Liqasının qalibi olan Madrid təmsilçisi hazırda turnirin ən titullu klubudur. Yurgen Kloppun baş məşqçisi olduğu komanda isə 6 dəfə Çempionlar Liqasının finalında qələbə sevinci yaşayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...