Modern.az

Ruslar daha bir şəhəri raketlə vurdu - Zavod dağıdıldı

Ruslar daha bir şəhəri raketlə vurdu - Zavod dağıdıldı

Aktual

29 May 2022, 00:12

Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərinə raket zərbələri endirib.

 

Modern.az xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının sədri Valentin Rezniçenko məlumat verib.

 

Raketlərdən ikisi sənaye müəssisəsinə düşüb. Zərbə nəticəsində müəssisəyə ciddi ziyan dəyib və demək olar ki, zavod məhv olub.

 

Onun sözlərinə görə, hazırda zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir. Hadisə yerinə xilasedicilər cəlb edilib.

 

Akif İsmayılov

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Zelenski tarix açıqladı - Müharibə dayandırılır? - Gündəm Masada