Modern.az

Azərbaycan Kooperasiya Universitetində "Məzun Günü" keçirilib - FOTOLAR

Azərbaycan Kooperasiya Universitetində

Aktual

28 May 2022, 14:20

Azərbaycan Kooperasiya Universitetində "Məzun Günü" və "28 May - Müstəqillik Günü"nə həsr olunmuş bayram konserti təşkil olunub.

 

Modern.az xəbər verir ki, mərasimi universitetin Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektoru, professor Aygün Quliyeva açıq elan edib.

 

Dövlət himinimizin sədaları altında açılışı baş tutan tədbirdə professor Aygün Quliyeva giriş nitqi ilə çıxış edib.

 

Natiq bildirib ki, "Sizin bacarıqlı mütəxəssis kimi ölkəmizin tərəqqisində, cəmiyyətin inkişafında mühüm rol oynayacağınıza, fəaliyyətinizdə dövlətçilik prinsiplərini əsas tutacağınıza inanıram. Azərbaycan Kooperasiya Universitetinə qəbul olunduğunuz gündən bəri müəllimləriniz sizin biliklərinizin artırılması, potensialınızın üzə çıxarılması, dünyagörüşünüzün inkişafı yönündə əllərindən gələni ediblər. Siz gənclərin cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi, mədəni həyatında iştirakının təmin edilməsi günümüzün vacib məsələlərindən biridir. Biz çox sevinirik ki, siz bu gün müstəqil Azərbaycan dövlətinin missiyasını anlayır, ona dəyər verirsiniz. Xalqımız və dövlətimiz 30 il ərzində çox çətin günlərdən keçdi, ərazi bütövlüyümüz pozuldu, yağı düşmən illərlə doğma torpaqlarımızı işğal altında saxladı. 44 günlük Vətən Müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin Dəmir yumruğu, Silahlı Qüvvələrimizin rəşadəti, xalqımızın və siz gənclərin əzmi, qətiyyəti ilə müasir dünyamızın tarixində misli görünməmiş möhtəşəm Zəfər əldə olundu. Bu tarixi Zəfərin əldə olunmasında gənclərin rolu danılmazdır. Biz hər gün, fəaliyyətimizin bütün dövrlərində Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın, o cümlədən Azərbaycan Kooperasiya Universitetinin 8 şəhid məzununun xatirəsini daim əziz tuturuq və heç şübhəsiz ki, bundan sonra da tutacağıq.

 

Tədbirdə bu il Azərbaycan Kooperasiya Universitetini təhsili və ictimai fəallığı ilə fərqlənərək bitirən bir neçə bakalavr və magistr məzunlarına xüsusi fəxri fərmanlar, ilin dekanı, ilin kafedra müdiri, ilin müəllimi mükafatları təqdim olunub.

 

Sonra tədbir bədii hissə ilə davam etdirilib. Respublikanının tanınmış incəsənt nümayəndələrinin, rəqs qruplarının çıxışları nümayiş etdirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı