Modern.az

Radarlardan itən təyyarə TAPILDI: 22 nəfər öldü

Radarlardan itən təyyarə TAPILDI: 22 nəfər öldü

Aktual

30 May 2022, 09:32

Nepalda radarlardan itən “Tara Air” aviaşirkətinə məxsus təyyarənin qalıqları tapılıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, təyyarədə olan 22 nəfərdən heç biri sağ qalmayıb.

 

Nepal quru qüvvələrinin sözçüsü briqada generalı Narayan Silval Mustanq bölgəsində tapılan təyyarənin qalıqlarının fotosunu "Twitter” səhifəsində paylaşıb.

 

Məlumata görə, təyyarə Pokhara şəhərindən Comsoma uçdurdu. Uçuşdan bir neçə dəqiqə sonra təyyarə ilə əlaqə kəsilib.

 

Axtarış əməliyyatında Nepal ordusunun axtarış qrupu iştirak edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı