Modern.az

Ərdoğan bu gün Putin və Zelenski ilə danışacaq

Ərdoğan bu gün Putin və Zelenski ilə danışacaq

Aktual

30 May 2022, 10:54

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ukrayna və Rusiya prezidentləri ilə telefon danışığı aparmağı planlaşdırır.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə lideri tərəfləri Ukraynaya sülh gətirmək üçün dialoq və diplomatiya kanallarını saxlamağa təşviq edəcək.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin Ərdoğanla bu gün danışacağını təsdiqləyib.

 

“Əgər Rusiya prezidenti bu danışıqlarda iştirak etməyə hazırdırsa, Ukrayna prezidenti Vladimir Zelenski də təklifə razıdır”, - deyə Zelenskinin mətbuat katibi Sergey Nikiforov bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı