Modern.az

Rusiyadan Türkiyəyə qaz nəqli bərpa edildi

Rusiyadan Türkiyəyə qaz nəqli bərpa edildi

Aktual

30 May 2022, 13:25

Rusiyadan Türkiyəyə "Mavi axın" boru xətti ilə təbii qaz nəqli bərpa edilib.

 

Modern.az-ın məlumatına görə, bu barədə "Qazprom" şirkəti bildirib.

 

Qeyd olunub ki, "Mavi axın" boru xəttində aparılan planlı işlərlə əlaqədar mayın 17-dən 30-dək Türkiyəyə qaz nəqli dayandırılmışdı. Bu gündən etibarən nəql bərpa edilib.

 

Uzunluğu 1200 kilometrdən çox olan "Mavi axın" qaz kəmərinin buraxılış gücü illik 16 milyard kubmetrdir. Ötən il ərzində həmin xətt vasitəsilə Rusiyadan Türkiyəyə 15,98 miyard kubmetr qaz nəql edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı