Modern.az

Seyran Ohanyan İrəvan məhkəməsinə verildi

Seyran Ohanyan İrəvan məhkəməsinə verildi

Aktual

30 May 2022, 14:44

İrəvan şəhərinin birinci instansiya məhkəməsi qanunsuz mənşəli əmlakın müsadirə edilməsi ilə bağlı iddianı icraata qəbul edib.

Modern.az saytı “Hraparak” qəzetinə istinadən xəbər verir ki, məhkəmə iddiasını Ermənistan Baş Prokurorluğunun Qanunsuz Mənşəli Əmlakın Müsadirəsi üzrə İdarəsi qaldırıb.


İddiada tələb olunub ki, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan və ona bağlı olan 3 şəxsin qanunsuz yolla əldə etdiyi əmlak Ermənistan Respublikasının xeyrinə müsadirə edilsin.
 

Bura İrəvan şəhərində 2 ictimai sahə, Vahaqn rayonunda fərdi yaşayış evi, o cümlədən 1 nəqliyyat vasitəsi və digər mal-mülk daxildir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı