Modern.az

"Netflix" Rusiyada fəaliyyətini DAYANDIRDI

Aktual

30 May 2022, 15:02

"Netflix" Rusiya ərazisində xidmətini dayandırdığını təsdiqləyib.

 

Modern.az xəbər verir ki, bu barədə şirkət tərəfindən verilən açıqlamada bildirilib.

 

Qeyd olunub ki, servisin işinin dayandırılması "Rusiya bazarını tərk etmə tədbirləri" ilə əlaqədardır.

 

Xatırladaq ki, "Netflix" Rusiyanı martın 6-da tərk etdiyini açıqlasa da, abunəçilərin son ödəniş dövrünün başa çatmasınadək ölkədə yayımı davam etdirib. Mayın 27-dən etibarən Rusiyada istifadəçilər "Netflix"in işə düşmədiyini bildiriblər.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...