Modern.az

Erməni məktəbindəki Azərbaycan guşəsi - Sülh adı altında TƏXRİBAT

Erməni məktəbindəki Azərbaycan guşəsi - Sülh adı altında TƏXRİBAT

Aktual

1 İyun 2022, 11:32

Ötən günlərdə Ermənistanın Sevan şəhərinin 4 saylı məktəbində 8-ci sinif şagirdlərinin iştirakı ilə “Qafqazda sülh” adlı tədbir təşkil olunub.

 

Modern.az xəbər verir ki, tədbir zamanı şagirdlər hərəsi bir ölkəni təmsil etmək üçün guşə yaradıblar.

 

Qafqazı təmsil edən ölkələr sırasında Azərbaycan bölməsi də yaradılıb. Azərbaycanı “təmsil etmək” üçün masaya pul vahidi, pambıq, paxlava və digər milli atributlar qoyulub. Amma masada bir məqam diqqətdən qaçmayıb.

 

Belə ki, guya sülh adı altında təşkil olunan tədbirdə ermənilər Azərbaycan bayrağına qarşı sayğısız davranaraq, bir daha mənfur niyyətlərini göstəriblər. Bayrağımızın üzərinə xətt çəkən erməni məktəblilər böyüklərindən onlara miras qalan düşmənçilik hissindən xilas ola bilmədiklərini nümayiş etdiriblər. 

 

Bundan başqa, fotoda sinif divarına Türkiyə və Azərbaycan haqqında kağız lövhələrin vurulması əks olunub. Görünən odur ki, Ermənistanda təkcə valideynlər deyil, müəllimlər də uşaqlarına Azərbaycana qarşı nifrət hissi aşılayır. Bu isə onu deməyə əsas verir ki, mənfur qonşularımız hələ uzun illər düşmənçilik alovunda alışıb yanacaqlar.

 

Bundan başqa, məktəbdəki tədbirdə uşaqların olduğu masanın üzərinə spirtli içkinin və qəlyanın olması da birmənalı qarşılanmayıb. Hətta Ermənistanın özündə belə buna iradlarını bildirənlər olub. 

 

Sözügedən tədbirin ideya müəllifi olan müəllim Lilit Ayrapetyanın Ermənistan ombudsmanı Kristina Qriqoryanın qohumu olduğu bildirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı