Modern.az

Universitetdə məzunlarla görüş - FOTOLAR

Universitetdə məzunlarla görüş - FOTOLAR

Aktual

7 İyun 2022, 09:52

Gəncə Dövlət Universitetində bu il ali təhsili başa vuran bakalavr və magistrlərlə görüş keçirilib.

 

Modern.az xəbər verir ki, görüşü universitetin rektoru, professor Yusif Yusibov açaraq məzunları təbrik edib, onlara gələcək həyatlarında nailiyyətlər arzulayıb.

 

Rektor qeyd edib ki, təhsil illərinin bir hissəsi pandemiya dövrünə düşsə də universitetdə tədrisin səviyyəsi qətiyyən aşağı düşməyib. Dərslərin bir hissəsi onlayn keçirilməsinə baxmayaraq yaz və payız semestr imtahanları mütəşəkkil keçmiş, tələbələr bu sınaqlarda uğurla çıxıblar.

 

Görüşdə 44 günlük Vətən müharibəsində qazanılan uğurlara da toxunulub. Qeyd edilib ki, 30 il işğal altında olan Qarabağın azad edilməsində Gəncə Dövlət Universitetinn tələbə və əməkdaşları da əsl igidlik nümayiş etdiriblər. Onlardan 16 nəfəri torpaqlarımızın azad edilməsində şəhidlik zirvəsinə ucalıb. Bu şəhidlərin xatirəsi universitetdə daim ehtiramla yad edilir və bu məqsədlə universitetin tədris korpuslarında və əsas binada onların mənalı ömürlərini əks etdirən guşələr yaradılıb.

 

Sonra təhsil illərində nümunəvi davranışına və təhsildə fərqləndiyinə görə bir qrup məzuna universitetin fəxri fərmanları təqdim edilib.

 

Görüşdə universitetin humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, rektorun baş müşaviri, dosent Asif Cavadov və universitetin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova iştirak ediblər.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı