Modern.az

Azərbaycanla Qazaxıstan arasında sənədlər imzalandı

Azərbaycanla Qazaxıstan arasında sənədlər imzalandı

Aktual

7 İyun 2022, 10:16

Bakıda Qazaxıstan istehsalçılarının biznes missiyası çərçivəsində bir sıra ikitərəfli sənədlərin imzalanması mərasimi keçirilib.

 

Modern.az-ın məlumatına görə, "QazTrade" şirkəti ilə "Gəncə sahibkarları" İctimai Birliyi arasında əməkdaşlıq memorandumu imzalanıb.

 

Bundan başqa, metal-prokat, günəbaxan yağı, duz, düyü, lak-boya məhsullarının tədarükü ilə bağlı müqavilələr imzalanıb.

 

Həmçinin, Qazaxıstan Standartlaşdırma və Metrologiya İnstitutu ilə Azərbaycan Dövlət Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi arasında saziş imzalanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Zelenski tarix açıqladı - Müharibə dayandırılır? - Gündəm Masada