Modern.az

Dənizdə batan şəxs xilas olundu

Dənizdə batan şəxs xilas olundu

Aktual

7 İyun 2022, 10:20

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

 

FHN-dən Modern.az-a verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 81 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

 

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 6 nəfər, o cümlədən “Şüvəlan” sularda xilasetmə məntəqəsi ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub. Həmçinin, Bakı şəhərinin Yasamal rayonunda 1974-cü il təvəllüdlü Əliyeva Səbinə Hüseyn qızının meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı