Modern.az

Narkotik alverçisi 6 il həbsdə qalacaq

Narkotik alverçisi 6 il həbsdə qalacaq

Aktual

7 İyun 2022, 11:36

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Fəqan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Modern.az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə F. Məmmədov 6 il azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, F.Məmmədov 2021-ci il sentyabrın 2-də saxlanılıb. Üzərinə baxış keçirilərkən ondan 4 ədəd şəffaf selafon bükümdə olan metamfetaminə oxşar psixotrop maddənin aşkarlanaraq götürülüb. Ona qarşı Cinayət Məcəlləsinin 234.3.4-cü (külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələrin əldə edilməsi, hazırlanması, daşınması, satılması) maddəsi ilə ittiham elan olunub.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı