Modern.az

Ermənistanda hərbi maşın qəzaya uğradı - 11 əsgər yaralandı

Ermənistanda hərbi maşın qəzaya uğradı - 11 əsgər yaralandı

Aktual

7 İyun 2022, 12:04

Ermənistanın Vayots Dzor bölgəsində orduya məxsus yük maşını qəzaya uğrayıb.


Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hadisə iyunun 7-də saat 10:40 radələrində İrəvan-Meğri yolunun 127-ci kilometrliyində baş verib. Məlumata görə, hərbçiləri daşıyan “Kamaz” markalı yük maşını aşıb. Qəzanın hansı şəraitdə baş verməsi araşdırılır.


Müxtəlif dərəcəli bədən xəsarətləri alan 11 əsgər xəstəxanalara çatdırılıb. Onların həyatı üçün təhlükə yoxdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı