Modern.az

Ukraynada neçə general öldürülüb? - Moskva və Kiyevin fərqli rəqəmləri 

Ukraynada neçə general öldürülüb? - Moskva və Kiyevin fərqli rəqəmləri 

Aktual

7 İyun 2022, 12:56

Amerikanın “Vashinqton Post” qəzeti Ukraynada öldürülən rus generallardan yazıb.

Modern.az xəbər verir ki, “Vashinqton Post”un məlumatına görə, Rusiya Müdafiə Nazirliyi zabitlərinin ölümünü nadir hallarda təsdiqləyir ki, bu da onların sayını müəyyən etməyi çətinləşdirir.

“Vashinqton Post” sonuncu belə hadisənin iyunun 5-də baş verdiyini qeyd edib. Həmin gün Rusiya ordusunun general-mayoru Roman Kutuzov öldürülüb.

Kutuzov Ukraynada ölümü Rusiya rəsmiləri və ya Kremlyönlü media tərəfindən təsdiqlənən dördüncü general olub.

Amma Ukrayna rəsmiləri Rusiya ordusunun 12 generalının öldürüldüyünü iddia edirlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı