Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynada daha bir böyük şəhərin ələ keçirildiyini bildirib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Şoyqu Svyatoqorsk şəhərinin Rusiya qoşunlarının tam nəzarətinə keçdiyini elan edib.
Onun sözlərinə görə, “Donetsk və Luqansk xalq respublikaları”nın əhəmiyyətli hissəsi, o cümlədən Krasnı Liman və Svyatoqorsk şəhərləri, həmçinin 15 digər yaşayış məntəqəsi tutulub.
Şoyqu zəbt edilmiş ən böyük yaşayış məntəqələri arasında Studenok, Yarovaya, Kirovsk, Yampol və Drobışevonun da adını çəkib.