Modern.az

Qanunsuz parklanma Prezidentin göstərişilə LƏĞV EDİLDİ

Qanunsuz parklanma Prezidentin göstərişilə LƏĞV EDİLDİ

Aktual

7 İyun 2022, 14:52

Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların qanunsuz kəsimi və qeyri-qanuni parklanma yerinin yaradılması ilə bağlı müvafiq araşdırmalara başlanılıb.

 

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd edilib ki, sosial şəbəkələrdə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi, parklanma yerinin yaradılması və bunun nəticəsi kimi piyada səkisinin daraldılması barədə məlumatlar yayılıb:

 

"Qanunsuz parklanma  Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən yaradılıb. Ölkə başçısının tapşırığına uyğun olaraq  dərhal qanunsuz parklanma yerinin sökülməsinə və piyada səkisinin əvvəlki vəziyyətinə gətirilməsinə başlanılıb. Həmçinin təqsirkarların müəyyən edilməsi məqsədilə araşdırmalara aparılır".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı