Modern.az

I və IV qruplar üzrə testlərin izahı AÇIQLADI

I və IV qruplar üzrə testlərin izahı AÇIQLADI

Aktual

7 İyun 2022, 14:56

Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün 4-5 iyun 2022-ci il tarixlərində keçirilən imtahanlarda istifadə olunmuş test tapşırıqlarının izahını yayıb.

 

DİM-dən Modern.az-a verilən xəbərə görə, abituriyentlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün 4-5 iyunda keçirilən imtahanlarda istifadə olunmuş test tapşırıqlarının izahını əldə edə bilərlər.

 

Bildirilib ki, imtahanda istifadə olunmuş test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında) DİM-in internet saytının "Xidmətlər" bölməsində > “E-xidmətlər” > "DİM-in nəşrlərinin elektron versiyalarının onlayn satışı" > “Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür. (Xidmətə keçid: //eservices.dim.gov.az/ejurnal/).

 

Xatırladaq ki, həmin hissədə 21-22 may tarixlərində keçirilən II və III ixtisas qrupları üzrə imtahanlarda istifadə olunmuş test tapşırıqlarının da izahı yerləşdirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı