Modern.az

Ukraynadan “qaçan” Poroşenko geri qayıtmaya bilər

Ukraynadan “qaçan” Poroşenko geri qayıtmaya bilər

Aktual

7 İyun 2022, 15:58

Vətənində barəsində cinayət işi açılan Ukraynanın sabiq prezidenti Pyotr Poroşenko Polşada keçirilən Avropa Maliyyə Konqresində debatda iştirak etdiyini bildirib.

 

Modern.az xəbər verir ki, Poroşenko bu haqda özünün Teleqram kanalında deyib.



Bundan əvvəl Ukrayna mətbuatı Avropa Xalq Partiyasının Rotterdamda keçirilən sammitində iştirak etmək üçün ölkəni tərk edən eks-prezidentin Londonu gəzdiyini göstərən video yaymışdı.

Poroşenko Ukraynanı yalnız üçüncü cəhddə tərk edə bilib. Onun ölkəni tərk edərək bir sıra cinayət işlərində cəzadan yayınmağa çalışdığı barədə mətbuatda xəbərlər yayılıb.

 

Poroşenko deyib ki, Polşa parlamentinin üzvü Pavel Kovalın moderatorluğu ilə Varşavada keçirilən Avropa Maliyyə Konqresinin birgə müzakirələrində iştirak etməkdən böyük məmnunluq duyur. Onun nə vaxt geri qayıdacağı bilinmir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı