Modern.az

Lavrov və Çavuşoğlu bu tarixdə Ukraynanı müzakirə edəcək

Lavrov və Çavuşoğlu bu tarixdə Ukraynanı müzakirə edəcək

Aktual

7 İyun 2022, 16:14

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 8-də Türkiyəyə səfəri zamanı həmkarı Mövlud Çavuşoğlu ilə Ukraynaya dair sülh danışıqlarının bərpası perspektivlərini müzakirə edəcək.



Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bildirib.


"Nazirlər Ukrayna böhranında işlərin hazırkı vəziyyəti, Rusiya-Ukrayna sülh danışıqlarının bərpası perspektivləri barədə fikir mübadiləsi aparacaqlar. Rusiya xarici işlər naziri Ukraynadakı xüsusi hərbi əməliyyatın gedişi barədə türk həmkarını məlumatlandıracaq. Rusiya Federasiyasının Ukraynadakı fəaliyyəti və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün atılan addımlar müzakirə olunacaq”, - deyə məlumatda qeyd olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı