Modern.az

Ukrayna rəsmiləri taxılın tədarükü üçün səfərbər olub

Ukrayna rəsmiləri taxılın tədarükü üçün səfərbər olub

Aktual

7 İyun 2022, 22:40

Ukraynadan taxılın tədarük edilməsi ilə bağlı konkret müqavilə yoxdur.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, Ukrayna qlobal ərzaq böhranının qarşısını almaq üçün ölkənin dəniz limanlarının açılması ilə bağlı bütün səylərini səfərbər edib.

 

"Hazırda biz BMT və digər tərəfdaşlarımızla birlikdə Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracı üçün humanitar dəhlizin yaradılması üzərində işləyirik", - deyə məlumatda qeyd olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...