Haitidə girov götürülən 8 Türkiyə vətəndaşından 3-ü azad edilib.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, girov götürülən qadınların səhhəti pisləşdiyi üçün sərbəst buraxılıblar.
Qeyd edək ki, mayın 8-də Dominikan Respublikasından Haitiyə gələn avtobus sərhədi keçdikdən sonra silahlı şəxslər tərəfindən saxlanılıb. Avtobusdakı 8 türk, 3 haitili və 1 dominikanlı girov götürülüb.