Modern.az

Dünya Bankı Ukraynaya 1,49 milyard dollar ayırdı

Dünya Bankı Ukraynaya 1,49 milyard dollar ayırdı

Aktual

8 İyun 2022, 08:14

Dünya Bankının Direktorlar Şurası Ukraynaya 1,49 milyard dollar məbləğində maliyyə dəstəyi göstərməyi qərara alıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə Dünya Bankından bildirilib.

 

Bu məbləğ Dünya Bankının Kiyevə göndərmək niyyətində olduğu 4 milyard dollarlıq yardım paketinin bir hissəsidir. Bu vəsaitlərə Böyük Britaniya, Niderland, Litva, Latviya və bir sıra digər ölkələrin verdiyi kredit zəmanətləri daxildir.

 

Məlumata görə, Ukraynaya ayrılan vəsaitlər dövlət qulluqçularının və sosial işçilərin maaşlarının ödənilməsinə yönəldiləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı