Rus hərbçiləri tərəfindən ələ keçirilən Mariupoldakı “Azovstal” zavodundan 1000-dən çox ukraynalı hərbi əsir “istintaq hərəkətləri” üçün Rusiyaya aparılıb.
Modern.az xəbər verir ki, bu barədə TASS Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb. Məlumata görə, hazırda hüquq-mühafizə orqanları “Azovstal”ın müdafiəçilərini dindirir.
Xatırladaq ki, “Azovstal”ın müdafiəçiləri iki aya yaxın müdafiə olunublar. Rus qoşunları raket və bombalarla, artilleriya və tanklarla hücum həyata keçirməklə “Azovstalı” məhv ediblər.
Media “Azovstal”dan yalnız 1,7 minə yaxın müdafiəçinin təxliyə edildiyini bildirib.
İyunun 6-da Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, “Azovstal”dan 2500-dən çox hərbi əsir ola bilər.