Modern.az

Heç kimin yiyə durmadığı parkinqin indiki vəziyyəti - FOTO

Heç kimin yiyə durmadığı parkinqin indiki vəziyyəti - FOTO

Aktual

8 İyun 2022, 11:16

Bakının mərkəzində yaradılan qanunsuz parkinq tamamilə sökülüb.

 

Modern.az xəbər verir ki, paytaxtın Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında səki tam bərpa edilib.

 

Ərazidə yenidən ağac əkilməsi üçün yer də ayrılıb.

 

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi, parklanma yerinin yaradılması və bunun nəticəsi kimi piyada səkisinin daraldılması barədə məlumatlar yayılmışdı. Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən məsələ ilə bağlı müvafiq araşdırmalara başlanılıb. Məlum olub ki, qanunsuz parklanma Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən yaradılıb. Buna görə Nəsimi Rayon Bələdiyyəsinin rəhbərliyi vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimələnib. 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı