Modern.az

Türkiyənin İsveç və Finlandiyadan NATO TƏLƏBLƏRİ

Türkiyənin İsveç və Finlandiyadan NATO TƏLƏBLƏRİ

Aktual

8 İyun 2022, 11:20

Rəsmi Ankaranın danışıqlarını davam etdirdiyi İsveç və Finlandiyadan NATO-ya üzüvlüklə bağlı tələbləri bəlli olub.

 

Modern.az xəbər verir ki, Türkiyənin tələbləri 10 bənddən ibarətdir.

 

1. İki ölkədən PKK, DHKP-C, DEAŞ, FETÖ və onlara bağlı olan terror təşkilatları ilə mübarizədə Türkiyəyə dəstək vermələri istənilib.

 

2. Bildirilib ki, terror təşkilatlarının müdafiəçisi olan İsveç və Finlandiya terrorizmlə mübarizə üçün lazımi hüquqi tənzimləmə və hüquqi infrastruktur yaratmalıdır.

 

3. PKK-nın hər iki ölkədə nümayəndəliklərinin bağlanması və açılması cəhdlərinin qarşısı alınmalı olduğu vurğulanıb.

 

4. İki ölkədə həyata keçirilən FETÖ fəaliyyətlərinə icazə verilməməsi, əlaqədar internet saytı və media orqanlarının bağlanması tələb edilib.

 

5. Ekstradisiya, aktivlərin dondurulması və terrorla əlaqəli birliklərin bağlanması ilə bağlı müraciətlərin təmin edilməsi istənilib.

 

6. İsveç və Finlandiyada terrorla bağlı şəxslərin deportasiyası və ekstradisiya edilməsi tələb edilib.

 

7. PKK və DHKP-C kimi terror təşkilatlarının bayraq kimi istifadə etdiyi əski parçaları ilə nümayiş keçirməsinə icazə verilməməsi lazım olduğu bildirilib.

 

8. İki ölkədən Türkiyə ilə kəşfiyyat məlumatlarını paylaşmaları istənilib.

 

9. Hər iki ölkədən Türkiyəyə qarşı müdafiə sənayesində olan məhdudiyyətlərinin aradan qaldırması istənilib.

 

10. Həmçinin bildirilib ki, İsveç və Finlandiya NATO-ya üzv olarsa, bu öhdəlikləri yerinə yetirməlidirlər.

 

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveç və Finlandiyanın terror təşkilatlarına verdiyi dəstəyə görə NATO-ya üzvlük məsələsinə müsbət yanaşmadıqlarını bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı