Modern.az

Naftalanda “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

Naftalanda “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

Aktual

8 İyun 2022, 11:54

Tədbirdə ŞİH-nin məsul əməkdaşları, Ombudsmanın Gəncə regional mərkəzinin rəhbəri, Naftalan şəhər Ağsaqqallar şürasının sədri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, təhsil, səhiyyə işçiləri, şəhərin bir sıra  idarə, müəssisə, təşkilat rəhbərləri iştirak ediblər.

 

Modern.az xəbər verir ki, tədbirdə çıxış edən ŞİH-nin məsul əməkdaşı Şahmar Ədilov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması, dövlət qulluqçularının etik davranış qaydaları, Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində görülən işlərin beynəlxalq təşkilatlar tərəfindən  yüksək qiymətləndirildiyi  barədə iştirakçılara geniş məlumat verib.

 

Ombudsmanın Gəncə regional mərkəzinin rəhbəri Səbuhi Abbasov çıxış edərək Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən  təsdiq edilmiş insan hüquqları sahəsində ilk strateji dövlət sənədi olan "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın əhəmiyyətindən, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ölkəmizdə  insan hüquq və azadlıqlarının təminatı sahəsində həyata keçirdiyi  uğurlu siyasətdən danışaraq “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

 

Çıxış edən digər natiqlər dövlət səviyyəsində humanizm prinsiplərinə xidmət edən xeyirxah tədbirlərin keçirilməsini, məhkum olunmuş şəxslərin əfv edilməsini yüksək qiymətləndirərək, Azərbaycanda tolerantlıq və multikulturalizm siyasəti insan hüquq və azadlıqlarının qorunmasının bariz nümunəsi olduğunu  qeyd ediblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı