Modern.az

Rusiya Ukraynanın son itkilərini açıqladı - 8 tank, 160 əsgər…

Rusiya Ukraynanın son itkilərini açıqladı - 8 tank, 160 əsgər…

Aktual

8 İyun 2022, 13:08

Rusiya aviasiyası son bir gün ərzində Ukrayna hərbçilərinin komanda məntəqəsini, 8 tankını, 2 reaktiv yaylım atəşi qurğusunu, 1 artilleriya batareyasını və 1 elektron döyüş stansiyasını məhv edib.

Modern.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov çərşənbə günü keçirdiyi brifinqdə bildirib.
 

“Hava zərbələri nəticəsində Ukrayna Silahlı Qüvvələrinin 14-cü Mexanikləşdirilmiş Briqadasının komanda məntəqəsi, 160-dan çox millətçi, 8 tank, 2 “Qrad” reaktiv yaylım atəşi sistemi, 1 artilleriya batareyası, 1 elektron döyüş stansiyası və müxtəlif mqəsədli təyinat üçün 13 texnika məhv edilib”, - Konaşenkov bildirib.


Onun sözlərinə görə, operativ-taktiki aviasiya gün ərzində Ukrayna qoşunlarının canlı qüvvəsi və hərbi texnikasının 63 toplandığı ərazini vurub.
 

Rusiya Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, Rusiya hava hücumundan müdafiə sistemləri bir sutka ərzində 2  MiQ-29 döyüş təyyarəsini, həmçinin Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus 1 helikopter və 11 pilotsuz təyyarəni vurub.

Bundan əlavə, Ukraynanın 3 “Toçka-U” raketi və 5 “Smerç” reaktiv yaylım atəşi sistemi ruslar tərəfindən ələ keçirilib.

“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 192 təyyarə, 130 helikopter, 1150 pilotsuz uçuş aparatı, 335 zenit-raket kompleksi, 3459 tank və digər zirehli döyüş texnikası, 489 reaktiv yaylım atəşi sistemi, 1822 səhra artilleriyası və minaatan silahlar, həmçinin 3488 ədəd xüsusi hərbi maşın məhv edilib”, - Konaşenkov deyib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı