Modern.az

Liderlər arasında taxıl müzakirəsi - Razılığa gəldilər

Liderlər arasında taxıl müzakirəsi - Razılığa gəldilər

Aktual

8 İyun 2022, 15:12

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, danışıqlar zamanı taxılın Ukraynadan, xüsusən də dəniz yolu ilə ixracını təmin etmək üçün mümkün yollar müzakirə edilib.

 

Kansler Zelenskiyə mayın 28-də Rusiya və Fransa prezidentləri ilə apardığı telefon danışığı barədə məlumat verib.

 

Bundan başqa, Zelenski və Şolts Ukraynadakı mövcud hərbi və humanitar vəziyyətlə bağlı söhbət edib, Ukraynaya dəstək yolları haqqında fikir mübadiləsini davam etdirmək və sıx əlaqə saxlamaq barədə razılığa gəliblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı