Modern.az

Laçından gedən qadın əkiz uşaq doğdu - Körpələrə terrorçuların adı verildi

Laçından gedən qadın əkiz uşaq doğdu - Körpələrə terrorçuların adı verildi

Aktual

8 İyun 2022, 16:08

Ermənistandakı Artaşat Tibb Mərkəzində 39 yaşlı erməni qadın əkiz oğlan uşağı dünyaya gətirib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, körpələrin valideynləri Azərbaycanın Laçın rayonunda qanunsuz məskunlaşmış ailədir.


Artaşat Tibb Mərkəzindən verilən məlumata görə, körpələrə erməni faşist-terrorçuların şərəfinə Monte və Njde adları qoyulub.

Körpələr çoxuşaqlı ailədə dünyaya gəlib. Onların 7 bacısı və 4 qardaşı da var.


Yeni doğulan körpələrin və onların 39 yaşlı anası Məryəmin vəziyyətinin yaxşı olduğu bildirilib.

Xatırladaq ki, Ermənistanın milli qəhrəmanı, Qarabağ müharibəsinin fəal iştirakçısı Monte Melkonyan 1993-cü ilin iyununda Azərbaycan hərbçiləri tərəfindən məhv edilib.

Qaregin Njde isə II Dünya müharibəsi illərində (1941-1945) alman faşistləri tərəfində erməni legionunun yaradıcısı olub. O, Şimali Qafqazda Sovet Ordusuna qarşı vuruşub. 1948-ci ildə nasist Almaniyasına havadarlıqda təqsirləndirilərək 25 il müddətinə azadlıqdan məhrum edilib və Rusiyadakı Vladimir həbsxanasında ölüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı